00:00:00
Yazar
Admin User
28.10.2025 16:48 134 2 dəq oxuma
Sosial

Qiymətləndirmə fəaliyyəti üzrə imtahan keçirilib

Qiymətləndirmə fəaliyyəti üzrə imtahan keçirilib

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzində ixtisas imtahanı təşkil olunub. Kompüter vasitəsilə keçirilən imtahanda 171 namizəd iştirak edib, onlardan 77-si uğur qazanıb. Nəticələr DİM-in saytında açıqlanacaq, apellyasiya isə 27–28 oktyabrda qəbul ediləcək.

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir:

 

“Fəaliyyət istiqamətləri daşınar və daşınmaz əmlak, müəssisələr, qeyri-maddi əmlak, təbii sərvətlər, xidmətlər və zərər qiymətləndirilməsini əhatə edir. İmtahanda iştirak üçün ali təhsil və ən az 3 il iş stajı tələb olunur, məhkumluğu olmayan şəxslər müraciət edə bilər. İmtahan ödənişlidir (98 manat), 30 test sualıdan ibarət olub, müddəti 1 saatdır və keçid balı 30-dur. Müvəffəqiyyətli namizədlərə müvafiq istiqamət üzrə şəhadətnamə təqdim edilir. Qiymətləndirmə meyarları DİM tərəfindən təsdiq edilmiş ixtisas imtahanı proqramına əsasən müəyyən edilir. Bunlara peşə biliyi, analitik bacarıqlar, nəticələr üzrə interprosessual qərarvermə qabiliyyəti, praktiki biliklər – test tapşırıqların tərtibi və qiymətləndirmə formalarının seçilməsi, etik və hüquqi biliklər – yəni qiymətləndirmə zamanı obyektivlik, şəffaflıq və ədalət prinsiplərinə əməl olunması daxildir.Bəli, DİM vasitəsi ilə bu barədə işlər görülür. Qiymətləndirmə fəaliyyəti üzrə ixtisas imtahanlarına maraq artdığı üçün gələcəkdə bu imtahanların daha çox keçirilməsi nəzərdə tutulur. Bu həm də qiymətləndirmənin güclənməsi, müxtəlif ixtisaslarda mütəxəssislərin bu sahəyə cəlbi üçün vacib hesab olunur”.

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər