00:00:00
Yazar
Admin User
01.11.2025 08:05 130 1 dəq oxuma
Sosial

Qızı şikayət edib, işdən çıxarılıb

Qızı şikayət edib, işdən çıxarılıb

 

Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb.

 

“İnformator.az” Unikal-a istinadla xəbər verir ki, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb.

 

Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib. Araşdırmalar məktəbdə adı olub, özü olmayan işçilər barəsində başlayıb. Sonradan direktorun külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Onun 100 min manata yaxın olduğu iddia edilir.

 

A.Quliyevin vəzifəsi müvəqqəti icra etməsi üçün onun müavininə verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər