00:00:00
Yazar
Admin User
28.10.2025 18:56 110 1 dəq oxuma
Sosial

Qəlbi ilə döyüşən qəhrəman-Rəşad Şəfiyev

Qəlbi ilə döyüşən qəhrəman-Rəşad Şəfiyev

Bəzən qəhrəmanlıq elə sadə görünür: bir gülüş, bir salam, bir əsgər geyimi. Amma əslində onun arxasında bir xalqın ümidini çiynində daşıyan bir ürək dayanır. Elə bu ürək Rəşad Şəfiyevin idi. O, Vətən deyəndə yalnız xəritədəki torpaqları yox, anasının nəfəsini, uşaqların gülüşünü, elin namusunu düşünür. 2020-ci ilin o odlu payız günlərində o da minlərlə oğul kimi silahını götürüb gedib-geri dönəcəyinə yox, Vətənin azad olacağına inanıb.

 

Cəbhənin səssizliyini sındıran güllə səsi çox idi, amma Rəşadın ürəyi onlardan da gur səslə döyünüb. “Qarabağ Azərbaycandır!” deyə.

 

O, döyüşüb, irəliləyib, qorxmayıb. Çünki qorxan insan olmaz, qorxan Vətənin dar günündə susmaz.

 

Rəşad Şəfiyev şəhid olub-amma ölüm onun üçün son deyil. O, torpağa düşəndə torpaq dirilib, bayraq yüksəldi, xalq ayağa qalxıb. Onun adı indi bir küçədə, bir məktəbdə, bir ürəkdə yaşayır. Çünki şəhidlər ölmür-onlar xalqın yaddaşında əbədi növbədədir.

 

Bu gün biz rahat nəfəs alırıqsa, bu nəfəsin içində Rəşadın payı var. Və hər dəfə bayrağa baxanda, sanki o deyir:

 

“Mən getdim ki, siz başıuca yaşayasınız".

 

Ruhun şad olsun, qəhrəman Rəşad. Sən ölmədin-sən Vətənlə birləşdin.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər