00:00:00
Yazar
Admin User
25.11.2025 16:55 138 2 dəq oxuma
Media

Qlobal böhran şəraitində media həmrəyliyinin regional informasiya təhlükəsizliyinə təsiri

Qlobal böhran şəraitində media həmrəyliyinin regional informasiya təhlükəsizliyinə təsiri

Qlobal səviyyədə artan siyasi gərginlik, iqtisadi dalğalanmalar və davam edən münaqişələr informasiya təhlükəsizliyinin əhəmiyyətini daha da artırıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, qlobal böhran fonunda media əməkdaşlığının güclənməsi yalan məlumatın dövriyyəyə buraxılmasını xeyli çətinləşdirir:

 

“Azərbaycanla qonşu ölkələrdə baş verən proseslərin doğru işıqlandırılması, yayılan xəbərlərin daha dolğun şəkildə yoxlanılması baxımından media həmrəyliyinin rolu danılmazdır. Fövqəladə hadisə baş verdikdə məlumatın kimdən dəqiqləşdirilməsi, hansı kanal vasitəsilə təsdiqlənməsi kimi məsələlər əməkdaşlıq sayəsində daha operativ həll olunur. Hər xarici ölkədə xüsusi müxbir postu yaratmaq mümkün olmadığından etibar etdiyimiz media nümayəndələri vasitəsilə məlumatı dəqiq və sürətli əldə edə bilirik”.

 

Ekspertin sözlərinə görə, region ölkələrinin media qurumları dezinformasiya və feyk xəbərlərlə mübarizədə birgə addımlar atmalıdır:

 

“Yanlış informasiyanın aşkarlanması və ifşa olunması üçün birgə fəaliyyət vacibdir. Media əməkdaşlığı həm daha geniş auditoriyaya çıxış imkanı yaradır, həm də əlçatan olmayan məlumatlara birbaşa mənbədən çıxışı təmin edir. Bu, dezinformasiyanın təsir imkanlarını daraldır, yoxlanılmış məlumatların paylaşılmasını asanlaşdırır. Media sahəsində əməkdaşlığın gücləndirilməsi təkcə informasiya təhlükəsizliyinə deyil, həm də ictimai rəyin sağlam formalaşmasına ciddi töhfə verir. Qonşu ölkə haqqında material hazırlanarkən qarşılıqlı əməkdaşlıq jurnalistə eksklüziv və bağlı məlumatlara çıxış imkanı yaradır. Bu da səhvlərin azalmasına, informasiyanın daha dəqiq çatdırılmasına və tərəflərin maraqlarının qorunmasına şərait yaradır”.

 

Fatimə Hüseynli

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər