00:00:00
Yazar
Admin User
13.10.2025 19:16 131 2 dəq oxuma
Sosial

Qloballaşma dövründə milli dəyərlərin qorunması

Qloballaşma dövründə milli dəyərlərin qorunması

Qloballaşma müasir dövrdə mədəni, sosial və iqtisadi sahələrdə yeni imkanlar yaratmaqla yanaşı, milli dəyərlərin qorunması məsələsini də gündəmə gətirir. Qlobal təsirlərin artması milli kimliyimizin və mədəni irsimizin davamlı şəkildə qorunmasını zəruri edir. Bu səbəbdən, milli dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi strateji əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimov bildirib ki, qloballaşma indiki dövrdə 21-ci əsrdə xalqarın bir-birinə inteqrasiyası,mədəniyyəti baxmından mühim bir haldır:

 

"Ancaq bu ümumiyyətlə milli kimliyimizə, milli-mənəvi dəyərlərimizə təsrisiz ötüşməməlidir. Texnologiyanın inkşafı bu günlər sosial şəbəkələr dövrüdür. Gənclərimiz daha çox sosial şəbəkələrdə vaxt keçirirlər, xarici trendləri öyrənir, xarici ölkələrin mədəniyyətlərini öyrənirlər. Biz imkan verməməliyik ki, bu bizim milli kimliyimizin gələcəkdə unudulmasına yol açsın. Azərbaycan mədəniyyəti ilə bağlı bir sıra proqramlar mövcuddur. Düzdür ayrı-ayrı məsələlərlər bağlı milli-mənəvi dəyərlərimiz olsun istərsə, digər yerli mətbəx olsun, milli musiqimiz olsun bunla bağlı beynəlxalq telekanllar reportajlar hazırlayırlar, amma dünya miqyasında daha da tanınması üçün ən populyar kanallardan olan Evronews,CNN kimi telekanallar da milli adət-ənənlərin tanıdılması baxımından sənədli filmlər çəksə, (əlbəttə ki, ödəniş qarşılığında) yaxşı olar. Hesab edirəm ki,çox önəmlidir. Bu günlər türk dünyası ölkələrin də daha genişdir.

 

Qazaxıstan, Qırğızıstan, Özbəkistan bu ölklərinn bizim milli-mənəvi dəyərlərlə bağlı həm də adət-ənənələrlə bağlı yazılar var. Həmçinin onlarım mədəniyyətləri ilə bağlı bizim məqalələr var. Bu çox yaxşı haldır. Amma məsələ burasındadır ki, həm də sosial şəbəkələr də tanıdılmalıdır ki, bizim gənclər milli-mənəvi dəyərlərimizi unutmasınlar".

 

Gövhər Mehyəddinova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər