00:00:00
Yazar
Admin User
03.11.2022 04:48 402 2 dəq oxuma
Siyasət

Qənirə Paşayeva şəhidimiz Zaur Ələsgərlinin valideynləri ilə görüşüb.

Qənirə Paşayeva şəhidimiz Zaur Ələsgərlinin valideynləri ilə görüşüb.

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qarabağ ordenli şəhidimiz, Azərbaycan Silahlı Qüvvələrinin giziri Zaur Ələsgərlinin  valideynləri ilə görüşüb.

Milli Məclisdə baş tutan görüşdə, şəhid validenylərinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Q.Paşayeva Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir vəzifəli şəxs üçün, o cümlədən Millət vəkilləri üçün də örnək təşkil etdiyini deyib. Komitə sədri qəhrəman gizirin şəhid olmasının və tarixi Zəfərin ikinci ildönümü ərəfəsində keçirilən görüşün, ümumən şəhid anaları və ataları ilə hər bir görüşün onunçün çox doğma, əziz görüş olduğunu bildirib, şəhid hərbçimizin əziz ruhuna dərin ehtiramını yetirib.

Qeyd edək ki, Zaur Mübariz oğlu Ələsgərli (05.03.1995, Sumqayıt – 31.10. 2020, Xocavənd r.) 2001-2004-cü illərdə Sumqayıt şəhərində 13 saylı tam orta məktəbdə, 2004-2012-ci illərdə isə Hacı Zeynalabdin qəsəbəsində 19 saylı tam orta məktəbdə təhsil alıb. Ailəli idi, Ayxan və Ayaz adında iki oğlu yadigar qalıb. Zaur Ələsgərli 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli, Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd döyüşləri zamanı şəhid olan hərbçimiz Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid hərbçimiz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək “Qarabağ” ordeni (09.12.2020), “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “Xocavəndin azad olunmasına görə” (25.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020), “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif olunub.

Ruhu şad olsun!

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər