00:00:00
Yazar
Admin User
15.04.2023 07:26 361 1 dəq oxuma
Siyasət

Qənirə Paşayeva Tatarıstan Dövlət Şurası tərəfindən təltif olunub

Qənirə Paşayeva Tatarıstan Dövlət Şurası tərəfindən təltif olunub
Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmədşin Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanı təltif edib.

Tatarıstan Respublikası Dövlət Şurası başqanının “Təşəkkürnaməsi”ni və Dövlət Şurasının nişanını Şuranın üzvü, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində keçirilən tədbirdə Q.Paşayevaya təqdim edib.
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya həmçinin Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəsi Murad Qadılşin tərəfindən “Təşəkkürnamə” təqdim edilib.
Qeyd edək ki, Q.Paşayeva tatar ədiblərinin azərbaycanca gün üzü görən müxtəlif kitablarının məsləhətçisi və müvafiq səfərlərin, təqdimat mərasimlərinin dəstəkçisi olub.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər