"Qondarma “məhkəmə”nin qurulması Ermənistanın nə dərəcədə qeyri-konstruktiv mövqedə olduğunu göstərir"
"Rəsmi Bakı Kəlbəcərdə erməni əsirliyində olan azərbaycanlıların geri qaytarılması üçün əlindən gələni edir."
Baş nazirin müavini Əli Əhmədov belə deyib. Onun sözlərinə görə, qondarma “məhkəmə”nin qurulması və “hökm” çıxarılması Ermənistanın nə dərəcədə qeyri-konstruktiv və riyakar mövqedə olduğunu bir daha göstərir. Ermənistan girovlara qarşı bu münasibəti saxladıqca dünya birliyi qarşısında qeyri-konstruktiv mövqeyini bir daha təsdiqləmiş olacaq. Bütün bunlar dünyanın gözü qarşısında baş verir.
