00:00:00
Yazar
Admin User
13.10.2025 19:32 116 2 dəq oxuma
Sosial

Qoxuların və dadların mədəniyyəti

Qoxuların və dadların mədəniyyəti

Mədəniyyət yalnız musiqi, ədəbiyyat və incəsənət deyil; o, həm də qoxularımızda və dadlarımızda gizlənir. Hər bir yemək və ya ətir uşaqlıq xatirələrimizi oyadır, ailə və cəmiyyət adətləri ilə bağlı yaddaşımızı formalaşdırır. Gastronomik arxivlərimiz-yəni zövqlərimiz və qoxu xatirələrimiz- mədəni kimliyimizin görünməz, amma çox güclü bir hissəsidir. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında dietoloq Amaliya Rəhimova bildirib ki,hər regionun öz qoxu və dad kodları var:

 

"Bu kodlar-iqlim, coğrafiya, bitkiləri, ənənəvi yemək üsulları və insanların həyat tərzi ilə formalaşır. Məsələn: Aralıq dənizi bölgəsi üçün zeytun yağı, balıq, limon, təzə otlar (rozmarin, kəklikotu) qoxusu səciyyəvidir. Şərq mətbəxləri ədviyyatları-zəfəran, mixək, darçın, hil-isti və dərin qoxuları ilə yadda qalır. Şimal xalqları üçün isə tüstüyə verilmiş, duzlu və fermentləşdirilmiş qidalar daha tanışdır".

 

Müsahibimiz həmçinin bildirib ki,Azərbaycan mətbəxi bu baxımdan çox zəngindir:

 

 

"Onun qoxu və dad mədəniyyəti xalqın torpaqla, təbiətlə və ailə masası ilə olan bağını ifadə edir. Milli mətbəximiz həm Aralıq dənizi bölgəsinin dadını, həm Şərqin koloritini, Şimalın yağlı notlarını özündə möhtəşəm vəhdətliklə cəm edib. Təzə bişən lavaşın və kərə yağının qoxusu-ev istiliyinin təcəssümü, qovrulan soğan və ədviyyatın qoxusu-hər yeməyin başlanğıcı, plovun zəfəranlı buxarı, dolmanın nar turşulu dadı, qutabın isti buxarı - ləzzət və mutluluğun ahəngidir. Bu qoxular yalnız qida deyil, həm də birlik, ailə və milli kimlik hissini oyadan bir məfhumdur.

 

Bu qoxular necə xatirə oyadır?

 

Qoxu və yaddaş beynin eyni bölgəsində-limbik sistemdə işlənir. Yəni hər hansı qoxu və ya dad hiss edəndə, beyin avtomatik olaraq onu keçmişdəki özəl duyğu və hadisə ilə əlaqələndirir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər