00:00:00
Yazar
Admin User
09.02.2026 16:05 44 2 dəq oxuma
Siyasət

Qərbi Azərbaycan İcması Fransa Senatının qətnaməsini pisləyib

Qərbi Azərbaycan İcması Fransa Senatının qətnaməsini pisləyib

Qərbi Azərbaycan İcması Fransa Senatının qəbul etdiyi qətnaməni kəskin şəkildə pisləyib. İcma bəyan edib ki, son dövrlər Ermənistan və bəzi xarici dairələr Azərbaycan–Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımlar müşahidə olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hərbi ekspert Anar Şuşalı bildirib ki, Fransa Senatının qətnaməsi regional sülhə təhdid kimi dəyərləndirilir:

 

"Qərbi Azərbaycan İcması Fransa Senatının qəbul etdiyi qətnaməni kəskin şəkildə pisləyərək, bu addımın Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinə mənfi təsir göstərdiyini bəyan edib. İcmanın mövqeyinə görə, sözügedən qətnamə Azərbaycan–Ermənistan arasında normallaşma prosesinin həssas mərhələsində qəbul edilərək, bölgədə gərginliyin artmasına xidmət edir.

 

Regional hərbi-siyasi balans üçün risklər Fransa Senatının qətnaməsi bölgədə formalaşmış yeni reallıqları və münaqişənin bitdiyini nəzərə almadan qəbul edilib. Bu cür birtərəfli yanaşma regionda hərbi-siyasi balansı poza, Ermənistan daxilində revanşist qüvvələri təşviq edə və təhlükəsizlik mühitində qeyri-müəyyənlik yarada bilər. Qətnamə faktiki olaraq separatizmin dolayısı legitimləşdirilməsi cəhdi kimi qiymətləndirilir.

 

 

Xarici ölkələrin parlamentləri qəbul edilən bu tip qərarlar tərəflər arasında etimadın formalaşmasına ciddi zərbə vurur. Belə sənədlər Ermənistan cəmiyyətində yanlış gözləntilər yaradır, kompromis imkanlarını zəiflədir və birbaşa dialoqun əvəzinə üçüncü tərəflərin təsirini artırır. Nəticədə sülh prosesi regional müstəvidən çıxarılaraq geosiyasi alətə çevrilir. Qondarma strukturlar və eskalasiya ehtimalı Ermənistan daxilində qondarma və qeyri-legitim strukturların tam şəkildə ləğv edilməməsi gələcəkdə hərbi eskalasiya riskini artıran əsas amillərdən biridir. Bu strukturlar revanşist ideyaların saxlanılmasına, təxribatların davam etməsinə və istənilən sülh razılaşmasının icrasına mane ola bilər.

Nəticədə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulandığı kimi, Fransa Senatının qətnaməsi sülhə töhfə vermir, əksinə, regionda sabitliyi pozan amil kimi çıxış edir. Dayanıqlı sülh yalnız beynəlxalq hüquq prinsiplərinə hörmət, dövlətlərin suverenliyinin tanınması və regional problemlərin regional dialoq yolu ilə həlli əsasında mümkündür".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər