00:00:00
Yazar
Admin User
16.01.2026 10:38 205 1 dəq oxuma
Siyasət

Qrenlandiya Arktikada yeni qarşıdurma mənbəyinə çevrilmək üzrədir

Qrenlandiya Arktikada yeni qarşıdurma mənbəyinə çevrilmək üzrədir

Almaniyanın Ehtiyatda Olan Hərbçilər Assosiasiyası ABŞ-nin Qrenlandiyanı ələ keçirmək planlarının qarşısını almaq məqsədilə Almaniya Silahlı Qüvvələrinin hərbi kontingentinin adada yerləşdirilməsini təklif edib. Assosiasiyanın sədri Patrik Sensburq “Bild” qəzetinə açıqlamasında ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarının ciddiyə alınmasının vacibliyini qeyd edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, bu məsələ mövcud durumu daha da gərginləşdirir:

 

“ABŞ-nin yaratdığı Qrenlandiya böhranı hazırda NATO daxilində, ümumilikdə isə Qərb blokunda parçalanmanı dərinləşdirir. Əvvəlki mövzularda mövcud olan ziddiyyətlərə bu faktorun da əlavə olunması münasibətlərdəki gərginliyi artırır. Qrenlandiya ətrafında baş verən proseslər artıq ərazi mübahisəsi çərçivəsini aşır və NATO daxilində, eləcə də ABŞ-Avropa Birliyi münasibətlərində ciddi struktur böhranını üzə çıxarır”.

 

Müsahib mövcud böhranın əsaslarından da danışıb:

 

“ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etməyə yönələn açıq və təhdid xarakterli mesajları, Avropa ölkələrinin buna sərt reaksiyası, NATO çərçivəsində hərbi balansın yenidən axtarılması formalaşan böhranı tədricən qırılma nöqtəsinə yaxınlaşdırır. Nəticədə, Qərb üçün Rusiya və Çindən əlavə, ABŞ faktoru da problem kimi ön plana çıxır. Gizli imperiya niyyətləri üzə çıxdıqca Avropa ilə ABŞ arasında gərginlik artır, eyni zamanda Avropanın daxilində də ziddiyyətlər dərinləşir. Bu proseslər ABŞ-nin dünyada yeganə supergüc olmaq niyyətindən qaynaqlanır”.

 

Qəmər Kazımzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər