Qrossi və Zelenski "Zaporojye" AES-dəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Qrossi "X" sosial şəbəkə hesabında yazıb.
"Çernobıl fəlakətinin 40-cı ildönümündə prezident Zelenski ilə yan-yana olmaq mənim üçün şərəfdir. Biz "Zaporojye" Atom Elektrik Stansiyasındakı (AES) vəziyyət və Ukraynaya enerji infrastrukturunun, o cümlədən Xmelnitski AES-dəki yeni enerji bloklarının bərpasında və Çernobılda yeni təhlükəsiz örtüyün təmirində kömək göstərilməsi üzrə davam edən işlər barədə fikir mübadiləsi apardıq", - paylaşımda bildirilib.
Qrossinin sözlərinə görə, BAEA əvvəlki kimi Ukraynda nüvə təhlükəsizliyinin dəstəklənməsinə sadiqdir.