00:00:00
Yazar
Admin User
25.10.2025 16:24 199 2 dəq oxuma
Sosial

Qubadlının Azadlığı-Vətənə Qovuşan Torpaq

Qubadlının Azadlığı-Vətənə Qovuşan Torpaq

25 oktyabr…

 

Bu tarix təkcə təqvimdə bir gün deyil, bu, Qubadlının azad nəfəs aldığı, 27 illik həsrətin sona çatdığı gündür. Hər bir azərbaycanlının yaddaşına həkk olunan, göz yaşını sevincə çevirən, qürur dolu gündür bu gün.

 

Qubadlı-Zəngəzur dağlarının ətəyində, yaşıl meşələri, sərin bulaqları, saf havası ilə tanınan bir diyar. Amma illərlə bu gözəlliklər düşmən tapdağı altında qalıb. Kəndlərin sükutu, dağların kədəri, insanların ürəyindəki yanğı-hər biri bir faciənin səssiz şahidi idi. O torpaq həsrət çəkib sahibinə, bizsə o torpağa.

 

Və nəhayət, 2020-ci ilin 25 oktyabrı gəlib-tarixin dönüş nöqtəsi. Azərbaycan Ordusu, Ali Baş Komandanın rəhbərliyi ilə Qubadlını işğaldan azad edib. Həmin gün bu torpağın hər daşı, hər ağacı, hər nəfəsi dirilib sanki. Səngərlərdə döyüşən əsgərlərimizin addımlarıyla birlikdə ümid doğulub, azadlıq nəfəsi əsib.

 

Hər bir şəhidin qanı o torpağın azadlığına qarışıb, hər bir qazinin yarası Qubadlının azad səhərinin işığına çevrilib. İnsanlar o günü illərlə gözləyib-kəndinə, evinə, bağçasına qayıdacağı günü. İndi isə yollar çəkilir, məktəblər, evlər bərpa olunur, həyat yenidən qayıdır o yerlərə.

 

Qubadlı təkcə bir rayon deyil, dirənişin və vətən sevgisinin simvoludur. O gün sübut olunub ki, torpağa olan sevgi, milli birliyimiz və imanımız qarşısında heç bir güc dayana bilməz.

 

Bu gün Qubadlı azaddır,

bu gün o torpaq yenə gülür,

bu gün o dağlarda yenə “Qarabağ Azərbaycandır!” səsləri əks-səda verir.

 

Və hər 25 oktyabrda biz bir daha xatırlayırıq: Azadlıq əbədi deyil, əbədi olan onu qorumaqdır.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər