00:00:00
Yazar
Admin User
04.02.2026 18:42 175 2 dəq oxuma
Siyasət

Qəzzanın Şimalında Atəşkəs Pozuntusu: Gecə tışması və regional gərginlik

Qəzzanın Şimalında Atəşkəs Pozuntusu: Gecə tışması və regional gərginlik

Qəzzanın şimalında ötən gecə baş verən silahlı insident bölgədə kövrək olan atəşkəs rejimini yenidən sual altına alıb. Atışma nəticəsində İsrail ordusunun bir zabiti ağır yaralanıb. İsrail Müdafiə Nazirliyi hadisəni atəşkəsin açıq şəkildə pozulması kimi dəyərləndirir. Hadisə fonunda tərəflər arasında gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqlar güclənir və regionda təhlükəsizlik balansı bir daha gündəmə gəlir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında parlament deputatı, insan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, Qəzzada bu cür təxribatlar davam edə bilər:

 

“Çünki hələ tərəflər arasında sülh müqaviləsi imzalanmayıb və dayanıqlı bir sülhə, sabitliyə nail olunması hələ yekunlaşmayıb. Bununla bağlı, istək var və məlumdur ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Sülh Şurası da formalaşıb. Qəzzada vəziyyətin normallaşması və Qəzzanın yenidən qurulması, bərpa edilməsi ilə bağlı yaradılıb. Bu proses hələ yekunlaşmayıb və bu proses yekunlaşandan sonra artıq ciddi addımlar atıla biləcək və ehtimal olunur ki, ora beynəlxalq sülhməramlı qüvvələr də yerləşdirilə bilər. Atəşkəs elan olunub. Amma atəşkəsin elan olunması sülhə nail olmaq demək deyil. Sülhə nail olmaq üçün bir çox prosedurlar həyata keçirilməli və maraqlar, şərtlər uzlaşdırılmalıdır. Yalnız ondan sonra artıq “sülhə nail olunub” demək mümkündür. Təbii ki, orada vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələr var. Əslində, hər iki tərəfdən bu qüvvələr ola bilər. Ona görə də bu cür atəşkəs rejiminin pozulması və təxribatlar törədilməsi, silahların açılması mümkündür”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər