00:00:00
Yazar
Aysel Mirzəyeva
28.02.2026 22:52 15 1 dəq oxuma
Siyasət Özəl

" Ərəb ölkələri ilə İran arasında münasibətlər gərgindir " - ŞƏRH

" Ərəb ölkələri ilə İran arasında münasibətlər gərgindir " - ŞƏRH

İran ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına hücum edib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran əsasən ABŞ-nin adıçəkilən ölkələrdəki hərbi bazalarını hədəf alır:

 

“İranın bu ölkələrə hücum etməsinin əsas səbəbi həmin ərazilərdə ABŞ hərbi bazalarının yerləşməsidir. Hesab edirəm ki, əməliyyatlar bundan sonra da davam edə bilər. İran özünə qarşı gördüyü təhlükəni aradan qaldırmaq üçün bu bazaları hədəfə alır. Bu ölkələrin koalisiya şəklində müharibəyə qoşulması ehtimalı da var. Artıq Səudiyyə Ərəbistanı ilə bağlı müəyyən məlumatlar yayılıb ki, rəsmi Ər-Riyad ABŞ və İsraillə birlikdə hərbi proseslərə qoşula bilər. Digər Körfəz ölkələri - Bəhreyn, İordaniya, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri də İrana qarşı əməliyyatlarda iştirak edə bilərlər. Məlumdur ki, bu ölkələrin ABŞ ilə geniş və strateji münasibətləri mövcuddur və onların ərazilərində Amerika hərbi bazaları yerləşir. Həmin bazalardan İrana qarşı istifadə oluna biləcəyi ilə bağlı mövqelər səsləndirilib. Ümumilikdə Körfəz ərəb ölkələri ilə İran arasında münasibətlər gərgindir. Bu baxımdan, onların prosesə qoşulması istisna deyil”.


Günel Əlili

#yeni #münasibətlər #i̇ran #ölkələri #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər