Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana səfər edəcəyini bildirib
Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) baş katibi Dima Əl Yəhya Azərbaycana səfər edəcəyini bildirib.
“İnformator.az” xəbər verir ki, o, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyevlə görüşün yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ər-Riyadda səmimi görüş, qarşıda isə lap tezliklə - Azərbaycana maraqlı səfər var. Qarşıdan gələn səfərim ərəfəsində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyevlə yenidən görüşməyimə şadam", - o qeyd edib.