00:00:00
Yazar
Səadət Əlizadə
01.05.2026 20:28 19 2 dəq oxuma
Texnologiya

Rəqəmsal suverenlik böhranı: ölkələrin datası texnoloji nəhənglərin əlindədir

Rəqəmsal suverenlik böhranı: ölkələrin datası texnoloji nəhənglərin əlindədir

Müasir dünyada məlumat ən strateji resurslardan birinə çevrilib. Dövlətlərin, şirkətlərin və vətəndaşların rəqəmsal izləri hər gün nəhəng texnologiya şirkətlərinin serverlərində toplanır. Bu vəziyyət isə “rəqəmsal suverenlik” anlayışını qlobal gündəmin əsas mövzularından birinə çevirir. Ölkələrin məlumat bazalarının xarici texnoloji platformaların nəzarətində olması kibertəhlükəsizlik, milli təhlükəsizlik və iqtisadi müstəqillik baxımından ciddi risklər yaradır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT üzrə mütəxəsis Elvin Həsənov bildirir ki, bu gün məlumat sadəcə texniki resurs deyil, artıq strateji aktivdir:


“Necə ki, neft və qaz iqtisadi güc hesab olunursa, məlumat da rəqəmsal dövrdə eyni rolu oynayır. Ona görə də, ölkələrin məlumatlarının xarici platformalarda saxlanılması müəyyən risklər yaradır. Birinci növbədə məsələ nəzarətdir. Əgər məlumat ölkə daxilində deyil də xarici şirkətlərin serverlərində saxlanılırsa, bu zaman həmin məlumatın necə işlənməsi, kimin  istifadə etməsi və hansı hallarda paylaşılması üzərində tam nəzarət mümkün olmur. Bu isə həm dövlət məlumatları, həm də vətəndaşların şəxsi məlumatları üçün risk yaradır. Kritik infrastruktur, dövlət sistemləri və ya strateji sahələrlə bağlı məlumatların kənarda olması potensial kiberhücum və ya məlumat sızması riskini də artırır. Texnoloji baxımdan yerli data mərkəzlərinin qurulması, milli bulud platformalarının yaradılması, dövlət sistemlərinin lokal infrastrukturda saxlanılması vacibdir. Hüquqi baxımından isə məlumatların ölkə daxilində saxlanılması ilə bağlı qanunvericilik, məlumatların qorunması qaydaları və xarici platformalarla əməkdaşlıq qaydaları aydın şəkildə müəyyən olunmalıdır. Amma burada bir reallıq var ki, müasir texnologiya qlobaldır. Süni intellekt və bulud xidmətləri sərhəd tanımır. Yəni bütün məlumatları tam lokal saxlamaq da həmişə mümkün və ya effektiv olmur. Ona görə də, əsas məsələ balansdır. Hansı məlumatlar ölkə daxilində saxlanmalıdır, hansı məlumatlar qlobal platformalarda işlənə bilər, bu düzgün bölünməlidir”.


Ədilə Hüseynzadə

#yeni #ölkələrin #datası #böhranı:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər