00:00:00
Yazar
Elmira Ağayeva
13.05.2026 20:21 90 2 dəq oxuma
Texnologiya

Süni intellekt dezinformasiyanı daha sürətli və təhlükəli edir” – TƏHLİL

“Süni intellekt dezinformasiyanı daha sürətli və təhlükəli edir” – TƏHLİL

Müasir dünyada informasiya artıq təkcə xəbər deyil, həm də təsir vasitəsinə çevrilib. Süni intellekt, dezinformasiya və hibrid təhdidlər fonunda informasiya təhlükəsizliyi qlobal müzakirə mövzusuna çevrilib. Azərbaycana qarşı aparılan manipulyativ kampaniyalar və beynəlxalq platformalarda formalaşdırılan mövqelər videoda təhlil olunur.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT üzrə mütəxəssis Abdulla Abdullayev bildirib ki, süni intellekt və sosial media alqoritmləri informasiya manipulyasiyasının daha sürətli və hədəfli şəkildə yayılmasına imkan yaradır:

 

 

“AI texnologiyaları vasitəsilə saxta mətnlər, görüntülər, videolar və hətta səslər hazırlanır. Sosial media alqoritmləri isə daha çox reaksiya doğuran məzmunu ön plana çıxardığı üçün emosional və manipulyativ paylaşımlar geniş auditoriyaya daha sürətlə çatır. Bu da dezinformasiyanın qısa müddətdə kütləvi şəkildə yayılmasına şərait yaradır.

 

 

Dezinformasiyanın təşkil olunmuş kampaniya olub-olmadığını müəyyən etmək üçün bir sıra rəqəmsal izlər təhlil edilir. Eyni məzmunun qısa müddət ərzində çoxsaylı hesablar vasitəsilə paylaşılması, bot davranışları, koordinasiyalı paylaşım saatları, IP və cihaz oxşarlıqları, saxta profil aktivliyi, eyni həştəq və mesaj strukturunun təkrarlanması əsas texniki indikatorlar hesab olunur.

 

Bu analizlər vasitəsilə kampaniyanın mərkəzləşdirilmiş şəkildə idarə olunub-olunmadığını müəyyənləşdirmək mümkündür.

 

Açıq mənbələrdə yayılan məlumatların saxta və ya montaj olunmuş material olduğunu müəyyən etmək üçün OSINT alətləri, metadata analizi, “reverse image search” texnologiyaları və süni intellekt əsaslı media forensika sistemlərindən istifadə edilir.

 

Şəkil və videoların ilk paylaşım tarixi, geolokasiya məlumatları, montaj izləri, işıq və kölgə uyğunsuzluqları texniki baxımdan yoxlanılır. Deepfake aşkarlama texnologiyaları da son dövrlərdə bu sahədə daha geniş tətbiq olunur”.

 

 

Ədilə Hüseynzadə

#Süniintellekt #texnologiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər