00:00:00
Yazar
Admin User
28.10.2015 08:25 408 1 dəq oxuma
Sosial

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqəyə 5 vakansiya təqdim edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gün dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edib.

İnformator Rabitə və yüksək texnologiyalar nazirliyinə istinadən xəbər verir ki, bu müsabiqədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Sumqayıt Apelyasiya Məhkəməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) də iştirak edir.

RYTN müsabiqəyə 5 vakant vəzifə çıxarıb.  Müsabiqəyə nazirliyin Elektron Təhlükəsizlik Mərkəzində baş mühasib, mərkəzin Əməliyyat sektorunda məsləhətçi, aparıcı məsləhətçi,  Analiz və məsləhət sektorunda baş məsləhətçi, sektor müdiri vakant vəzifələri təqdim edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər