“Radio Jurnalistikası” dərsliyinin təqdimatı
Bakı Dövlət Universitetində “Radio Jurnalistikası” fənninin tədrisinə həsr olunan yeni dərslik “Radio Jurnalistikası” kitabının təqdimatı baş tutdu.
“İnformator.az” xəbər verir ki, nəşrin müəllifləri, BDU-nun Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının müdiri Aynur Nəsirova və Yeni Media və Kommunikasiya Nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova tədbir iştirakçılarına kitab barədə ətraflı məlumat təqdim etdilər.
Təqdimat zamanı müəlliflər dərsliyin hazırlanma prosesindən, radio jurnalistikasının müasir dövrdə qarşıya qoyduğu çağırışlardan və sahə üzrə gələcək tədqiqat perspektivlərindən söz açdılar.
Ayan Sədi
