00:00:00
Yazar
Səmayə Səftərova
27.10.2026 21:13 36 1 dəq oxuma
Siyasət

Ramiz Mehdiyevə hökm oxunub

Ramiz Mehdiyevə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə hökm oxunub.

 "İnformator.az" xəbər verir ki, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə heyəti hökmü elan edib.

Məhkəmənin hökmü ilə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.

Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyevin əmlaklarının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

#Ramiz Mehdiyev #hökm #Məhkəmə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər