Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur
ABŞ müxtəlif yollarla İrana qarşı təhdidləri təkrarlayır.
"İnformator.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Biz bu təhdidlərə öyrəşmişik. Onlar (ABŞ nəzərdə tutur - Qeyd) uzun müddətdir ki, öz təhdidlərini müxtəlif yollarla təkrarlayırlar, lakin özləri də başa düşürlər ki, bu təhdidlərdən və hətta başlatdıqları müharibədən heç bir nəticə əldə etməyiblər və etməyəcəklər", - Əraqçi vurğulayıb.
Onun fikrincə, İranla bağlı məsələlərin hərbi həlli yoxdur: "İran təhdidlər qarşısında möhkəm dayanır və boyun əymir, bununla yanaşı, İranla hörmət dilində danışanlar eyni cavabı alırlar".