00:00:00
Yazar
Elmira Ağayeva
20.08.2026 20:44 85 1 dəq oxuma
Siyasət

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

 

Türkiyə İran və ABŞ arasındakı münaqişənin yeganə həll yolunun danışıqlar olduğunu hesab edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki,ABŞ və İran arasında danışıqların davam etməsi əslində gözlənilən bir məsələdir:

 

”Çünki bunun başqa alternativi yoxdur. Ölkələr davamlı şəkildə müharibə etsələr də, nəticə etibarilə yenidən danışıqlar masasına qayıtmağa məcbur olurlar.Keçən dəfə baş verən dəhşətli müharibə faktı onu göstərdi ki, ABŞ və İranın bir-birinə qarşı müharibəni davam etdirmək üçün imkanı yoxdur. Yəni, bir-birlərinə qarşı davamlı şəkildə müharibə vəziyyətində qala bilməzlər”.

 

Tural İrfanın sözlərinə görə,ən yaxşı variant danışıqlar masası ətrafında oturmaq və müəyyən məsələlər barədə razılığa gəlməkdir:

 

”Bu gedən proses də onu göstərir ki, iki dövlət danışıqlar yolu ilə nələrisə çözə bilirlər. Öz aralarında olan məsələləri danışıqlar vasitəsilə həll etmək imkanları var.Belə olan halda, düşünürəm ki, hansısa bir formada müharibə aparmaq nə ABŞ-a, nə də İrana sərf edəcək variant deyil. Və əlbəttə ki, bu ölkələr danışıqları davam etdirməlidirlər. Yəqin ki, növbəti prosesdə Pakistanın vasitəçiliyi həyata keçirilər və dövlətlər qaldıqları yerdən ümumi şəkildə prosesə davam edərlər, danışıqların aparılmasına davam edərlər”.


Nurgün Qənizadə

#Türkiyə #İran #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər