00:00:00
Yazar
Zəri Bayramlı
30.03.2026 22:11 35 2 dəq oxuma
Siyasət

“Ərdoğan-Əliyev tandemi regionda qeyri-müəyyənlik risklərini minimuma endirən strateji zəmanətdir” - ŞƏRH

“Ərdoğan-Əliyev tandemi regionda qeyri-müəyyənlik risklərini minimuma endirən strateji zəmanətdir” - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyev arasında formalaşan yaxın və birbaşa əlaqələr regionda təhlükəsizlik risklərinin qarşısını almaqda mühüm rol oynayır. Bu fikri Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, professor Mehmet Akif Kireçci səsləndirib. 

 

Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki, Ərdoğan-Əliyev modeli bürokratik ləngimələri aradan qaldıran “sürətli müdaxilə” mexanizmidir:

 

“Ərdoğan və Əliyev arasındakı model bürokratik əngəlləri aradan qaldıraraq operativ koordinasiyanı təmin edir. İran ətrafında baş verən hadisələr və mümkün silahlı qruplaşma hərəkətliliyi kimi ani böhranlarda iki liderin bir telefon danışığı ilə razılaşma əldə etməsi regiondakı qeyri-müəyyənlik risklərini minimuma endirir. Bu yanaşma iqtisadi baxımdan da mühüm əhəmiyyət daşıyır. "BlackRock" kimi investorlar üçün əsas məsələ yalnız fiziki infrastruktur deyil, həmin infrastrukturu qoruyan siyasi iradənin möhkəmliyidir. Bu tandem Türkiyə və Azərbaycan üçün strateji zəmanət rolunu oynayır və onları investisiya baxımından cəlbedici edir. ABŞ-İsrail-İran gərginliyi fonunda Ankara və Bakı ortaq təhlükəsizlik strategiyasını gücləndirir. Bu strategiya həm hərbi, həm də iqtisadi təhlükəsizliyi əhatə edir. Enerji infrastrukturunun qorunması, yeraltı ehtiyat sistemləri və müasir texnologiyaların tətbiqi ilə “enerji qalası”nın formalaşdırılması əsas prioritetlər sırasındadır”.

 

Ekspert qeyd edib ki, hibrid təhdidlərə qarşı mübarizə çərçivəsində kəşfiyyat məlumatlarının paylaşılması və müasir müdafiə sistemlərinin gücləndirilməsi də vacib istiqamətlər kimi qeyd olunur:

 

“Bu proses yalnız müdafiə xarakteri daşımır, eyni zamanda yeni bir ‘mərkəz güc’ formalaşdırır. Region ölkələri, o cümlədən Ermənistan, bu yeni reallıq fonunda mövqelərini yenidən müəyyənləşdirməyə məcbur qalır. Körfəz ölkələrinin sərmayəsinin Türkiyə üzərindən Xəzər hövzəsinə yönəlməsi regionun qlobal enerji mərkəzinə çevrilməsi potensialını artırır”.

 

Fatimə Hüseynli

#İlham Əliyev #Ərdoğan #siyasət #trend
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər