00:00:00
Yazar
Zəri Bayramlı
22.04.2026 22:23 16 1 dəq oxuma
Siyasət

Ərdoğan Ştaynmayerlə regional və qlobal hadisələri müzakirə edib

Ərdoğan Ştaynmayerlə regional və qlobal hadisələri müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer ilə telefonla danışıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Liderlər Türkiyə-Almaniya ikitərəfli münasibətləri ilə regional və qlobal prosesləri müzakirə ediblər", - məlumatda bildirilib və əlavə olunub ki, Ərdoğan Türkiyə ilə Almaniya münasibətlərinin son dövrdə həyata keçirilən yüksəksəviyyəli təmaslarla inkişaf etdiyini xatırladıb.

Yaxın Şərqdəki müharibənin Avropanı da zəiflətdiyi vurğulanıb: "Bu gedişata sülhyönümlü yanaşma ilə müdaxilə edilmədiyi təqdirdə münaqişə prosesinin vuracağı zərər daha böyük olacaq", - Ərdoğandan sitat gətirilib.

Türkiyənin İran məsələsində olduğu kimi, Rusiya-Ukrayna müharibəsində də müzakirələr yolu ilə münaqişələrin sona çatdırılması və davamlı sülhə nail olunması üçün səy göstərdiyini söyləyib.

#yeni #ştaynmayerlə #baki #müzakirə #ərdoğan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər