Ərdoğandan Trampa mesaj: Türkiyəyə qarşı belə maneələr olmamalı idi
“ABŞ ilə müttəfiqliyimizin ənənəvi sahələrindən biri olan müdafiə sənayesinin həm ikitərəfli, həm də NATO çərçivəsində inkişaf etdirilməsi zəruridir. İki müttəfiq arasında əslində heç olmamalı olan maneələri artıq geridə qoyaraq yeni dinamika qazanmaq istəyirik”.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Dəyərli dostum, Prezident Trampla səmimi və müstəsna dialoqumuzun töhfəsi ilə bütün sahələri əhatə edən münasibətlərimizdə mühüm irəliləyişlər əldə etdik və edirik. Cənab Trampla ötən il Vaşinqtonda keçirdiyimiz görüşdən sonra onun iyul ayında Ankaraya səfəri köklü müttəfiqlik münasibətlərimizi ən açıq ifadə ilə desək, təsdiqləyib və möhkəmləndirib. Münasibətlərimizə yeni nəfəs gətirib”, - dövlət başçısı əlavə edib.