Ərdoğanın sədrliyi ilə Prezident Kabineti toplanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kabinetinin iclası keçirilib.
İclasda maliyyə və hüquqi araşdırmalar, “Terrorizmdən Təmiz Bir Türkiyə” prosesi, oktyabrın 1-də başlayacaq yeni qanunvericilik ili və Türkiyə Böyük Millət Məclisinin gündəliyi müzakirə olunub.
Həmçinin ABŞ-İran gərginliyi, Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdəki son vəziyyət, eləcə də Türkiyənin diplomatik səyləri barədə fikir mübadiləsi aparılıb.
TRT Haber
Aişə Mustafayeva