00:00:00
Yazar
Güllər Gülhüseynova
14.04.2026 21:29 154 3 dəq oxuma
Siyasət

Regional gərginlikdə yeni pərdə- İrandan sonra Türkiyə?

Regional gərginlikdə yeni pərdə- İrandan sonra Türkiyə?

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İsrailin İrandan sonra Türkiyəni hədəf seçə biləcəyini dilə gətirib. 
 

Nazirin sözlərinə görə, "İsrail düşmənsiz yaşaya bilməz. Ona görə də İrandan sonra Türkiyəni düşman elan edə bilər".

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin dövlət idarəçiliyi və Tövrata əsaslanan yanaşması mövcud ziddiyyətləri daha da dərinləşdirir:

 

“İsrailin konstitusiyasının olmaması və dövlət idarəçiliyində teokratik əsaslara söykənməsi, Tövrat qanunlarına uyğun addımlar atması ziddiyyəti bir qədər də dərinləşdirir. Çünki İsrailin öz qanunlarında dövlət sərhədləri göstərilmir. Tövrat əsas götürülür. Orada da Nil və Fərat çaylarının arası guya İsrail oğullarına "vəd edilmiş" torpaqlardır və orada "Böyük İsrail" olmalıdır. İsrail də bu planla onilliklərdir ki, qonşu ölkələri narahat edir, torpaqlarını işğal edərək əhalisini müxtəlif yollarla sürgünə, məhvə məhkum edir. Beynəlxalq təşkilatların və xüsusən BMT-nin qərarına məhəl qoymadan bu olanlara rəvac verən İsrailin Baş naziri barədə beynəlxalq məhkəmənin həbs orderi də addımlara, bəşəriyyətə qarşı cinayətlərə görə verilib. İsrailin istila etməyi və "Böyük İsrail" qurmağı planladığı torpaqların içində Suriya, Livan, Fələstin, İordaniya, Misirin, İraqın və Türkiyənin bir hissəsi də var. Bunu gizlətmirlər, açıq şəkildə dəfələrlə elan da ediblər. Belə çıxır ki, hazırda İsrailə Livan, Suriya kimi ölkələrin ərazilərini ələ keçirməkdə Türkiyə və İran mane olur. Düzdür, İranla bağlı başqa problemlər olsa da, İsrailin əsas düşmənçiliyi ona menə yaratmağa görədir. Türkiyə Xarici İşlər nazirinin açıqlaması reallığı əks etdirir və əvvəlcədən İsrailin planları haqqında dünyanı xəbərdar edir”.

 

Ekspert İsrailin İrandan sonra bölgədə Türkiyə ilə qarşıdurma ehtimalını ciddi risk kimi qiymətləndirir:

 

“Təbii ki, İsrail İranı sıradan çıxardıqdan sonra istənilən halda proksiləri də məhv etmiş olur ki, artıq Türkiyəyə qarşı hücuma yollar açılır. Çünki İrandan sonra İsrailin işğal planına regionda real maneçilik yaradacaq qüvvə Türkiyədir. Bu isə həddən artıq təhlükəlidir və əgər Türkiyəyə qarşı İrana olduğu kimi hücum olarsa, bu, İsrailin intiharı olacaq. Çünki Fələstin və İsrail Osmanlı ərazisidir. Türkiyənin o torpaqlarda hüququ daha çoxdur. İsrail çox təhlükəli niyyətdədir. Qonşu dövlətləri və Türkiyənin 20 faizinin işğalını nəzərdə tutan plan regional problemləri qlobal katastrofa gətirib çıxara bilər ki, İsrailin özünün varlığı sual atına düşər. Konstitusiyası və rəsmi sərhədlərinin müəyyən olunmaması o deməkdir ki, əsl sərhədlər nəzərdə tutduğu ölkələri işğal edib ərazilərini ilhaq etdikdən sonra rəsmiləşəcək. Yaxud insan haqları ilə bağlı kinostudiyasında müddəalar olmalıdır. Tövratda isə digər xalqların yəhudilər üçün kölə olaraq yaradıldığı qeyd olunur. Onların qanı, malı, namusu halal sayılır. Belə bir qanunu, təbii ki, konstitusiyaya salmaq olmazdı. Odur ki, qeyd olunan mərhələni keçənə qədər konstitusiya qəbul edilməyib. Türkiyənin narahatlığı təbiidir və İsrail bu iddialardan imtina etməsə, nəinki regionu, bütün dünyanı daha böyük müharibələr gözləyir”.

 

Lalə Qurbanlı

#Türkiyə #İsrail #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər