00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
02.10.2026 21:05 11 2 dəq oxuma
Siyasət

Regional sülh və strateji tərəfdaşlıq: Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağında yeni hədəflər.
başlıq bu olar?

Regional sülh və strateji tərəfdaşlıq: Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağında yeni hədəflər. başlıq bu olar?

Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağında baş verən son proseslər sadəcə regional əməkdaşlıq deyil, bütövlükdə Avropanın energetika təhlükəsizliyinin yeni arxitekturasını qurur. Bəs bu üç dost  ölkəni birləşdirən əsas strateji hədəflər nələrdir?

 

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “İnformator.az”a açıqlamasında bildirib ki,Azərbaycan,Türkiyə və Gürcüstan müdafiə nazirlərinin məhz Şuşa şəhərində bir araya gəlməsi regional sülhün və təhlükəsizliyin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir:

 

“Bildiyiniz kimi, neft və qaz ehtiyatlarımızın Avropaya çıxarılması üçün Azərbaycandan başlayan boru xətləri Gürcüstan və Türkiyədən keçməklə Avropaya göndərilir. Regionda baş verən proseslər fonunda hər üç dost və qonşu ölkə həmin boru xətlərinin təhlükəsizliyinin təmin edilməsində maraqlıdır. Belə ortaq maraqların olduğu halda birgə təlimlərin keçirilməsi, birgə görüşlərin keçirilməsi, orduda ortaq təlimlərin təşkil edilməsi, müzakirələrin aparılması əlbəttə ki, hərbi-siyasi formatda hər üç ölkənin təhlükəsizliyinə də müsbət təsir göstərir. Gürcüstan bu gün işğala məruz qalan bir ölkədir. Onun Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsi nəticə etibarilə bu ölkənin hərbi potensialının möhkəmlənməsinə də müsbət təsir edir. Çünki separatizm və mübarizənin həll edilməsi üçün Azərbaycan tərəfinin təqdim etdiyi yol xəritəsi bir çox ölkələri təəccübləndirib, heyrətləndirib. Gürcüstan da qonşu bir ölkə kimi indiki vəziyyətdə Azərbaycanın təcrübəsindən yararlanmağa çalışır. Paralel olaraq da Türkiyənin silahlarını əldə etmək üçün Gürcüstanın qarşısındakı maneələr artıq minimuma enib. Buna görə də,hər iki dost və qardaş ölkə həm strateji layihələrin təhlükəsizliyinin təmin olunmasında, həm də regional sülhün qorunmasında və inkişaf etdirilməsində maraqlıdır”.


Əsmər Məmmədzadə

#türkiyə #xəbər #gürcüstan #hədəflər.
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər