00:00:00
Yazar
Admin User
05.02.2026 14:40 65 2 dəq oxuma
Sosial

Regionlarda turizm infrastrukturu

Regionlarda turizm infrastrukturu

Son illər Azərbaycanda regionların turizm potensialının artırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Yeni yolların çəkilməsi, otellərin və istirahət mərkəzlərinin açılması turizmin inkişafına təkan versə də, bir çox bölgələrdə infrastrukturun keyfiyyəti, xidmət səviyyəsi və əlçatanlıq hələ də müzakirə mövzusu olaraq qalır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib ki, dövlətin turizmin inkişafına dair strategiyası çərçivəsində nəqliyyat əlaqələri hava, dəmir yolu, avtomobil yolları genişləndirilir ki, bu da regionlara daxilolmanı asanlaşdırır:

 

“Xüsusi turizm obyektləri, mehmanxana şəbəkəsi və iri layihələr Şahdağ, Naftalan kimi mərkəzlər regionların turizm potensialını daha rəqabət qabiliyyətli edir. Regionların xarici turist cəlbetmə səviyyəsi paytaxta nisbətən xeyli aşağıdır , turistlərin böyük hissəsi Bakıdadır. Turizm obyektlərinin çoxu mövsümi fəaliyyət göstərir və ilboyu davamlı turizmi təmin etmək çətindir. Regionlarda turizm infrastrukturu sürətlənən şəkildə inkişaf edir, lakin hələ tam yetkin mərhələdə sayılmaz. Çoxsaylı layihələr kontinental və yerli səviyyədə başlanılıb, lakin onların tam faydalı olması üçün daha çox yatırımlar və dəstək lazımdır.
Son 20 il ərzində ölkədə yolların yenidən qurulması və yeni yol layihələrinin icrası prioritet olub. Bu, aeroportlardan başlayaraq region mərkəzlərinə qədər infrastrukturun genişlənməsinə səbəb olub. Həm avtomobil yolları, həm də dəmir yolu əlaqələri turistlərin regionlara çıxışını asanlaşdırır və daha rahat səyahət etməyə imkan verir. Yol və əsas nəqliyyat infrastrukturu üzrə çox ciddi irəliləyişlər var, lakin regionlararası yol və ictimai nəqliyyat sistemləri hələ də təkmilləşdirilməyə ehtiyac duyur. Regionlarda turizm obyektləri və otellər artdıqca yüksək kvalifikasiyalı kadrların sayı turizm xidmətləri sektorunda hələ də çatmır. Turizm və otelçilik üzrə ixtisaslaşan mütəxəssislər məhdud olduğundan bəzi xidmətlər standartlara cavab vermir. Turizm üzrə peşə məktəbləri fəaliyyət göstərir və kadr hazırlığı üçün proqramlar mövcuddur, lakin tələbatı tam ödəyə bilmir. Bu sahədə peşəkar təlim və ixtisaslaşma proqramlarının genişləndirilməsi, fəaliyyət göstərən işçi qüvvəsinin təkmilləşdirilməsi üzərində iş davam edir. Regionlarda turizm xidmətləri sahəsində müəyyən qədər kadr çatışmazlığı mövcuddur. Bu, yeni obyektlərin açılmasına baxmayaraq təcrübəli və peşəkar xidmət işçilərinin sayının az olmasına bağlıdır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər