00:00:00
Yazar
Admin User
23.11.2015 10:15 385 1 dəq oxuma
Sosial

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Kiçik Qafqazın çaylarında 150-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-140 faizini təşkil edir.
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 150-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-140 faizini təşkil edir. 

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 141 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla, ongünlük normanın 111 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 46,5 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 6, Salyanda 4, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 415 sm (2014-cü il noyabrın 23-də 311 sm), Şirvanda 295 sm (2014-cü il noyabrın 23-də 145 sm), Salyanda 270 sm (2014-cü il noyabrın 23-də 110 sm), Bankədə 201 sm (2014-cü il noyabrın 23-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 145 sm (2014-cü il noyabrın 23-də 35 sm) təşkil edir. 


 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər