Riyaziyyatçılar Sinqapurdan 43 medalla qayıtdı
Sinqapurda keçirilən beynəlxalq riyaziyyat olimpiadasında iştirak edən həmyerlilərimiz artıq qayıdıblar. Bu nəticə ilə Azərbaycan medal sayına görə, 5-ci yeri tutub.
Sinqapurda keçirilən beynəlxalq riyaziyyat olimpiadasında ölkəmizi təmsil edən 129 şagird böyük uğur əldə edib. Belə ki, olimpiadaya qatılan şagirdlərdən 1-i qızıl, 14-ü gümüş, 28-i bürünc medal qazanıb.
Bu nəticə ilə Azərbaycan müsabiqədə iştirak edən ölkələr arasında medal sayına görə 5-ci yeri tutub. Qeyd edək ki, riyaziyyat olimpiadasının əsas mərhələsində 34 ölkədən 1700-ə yaxın şagird iştirak edib.
Aysu
