Robert Sekuta Xarici İşlər nazirliyində olub
Xarici İşlər Naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib.
Xarici İşlər Naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib.
Görüşdə səfir Robert Sekuta etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.
Səfir Robert Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Elmar Məmmədyarov Səfir Robert Sekuta diplomatik fəaliyyətində uğurlar arzu edib.
