00:00:00
Yazar
Admin User
19.02.2015 08:17 424 1 dəq oxuma
Siyasət

Robert Sekutanın etimadnaməsi qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.
Robert Sekutanın etimadnaməsi qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.

Səfir Robert Sekuta fəxri qarovul dəstəsinin qarşısından keçib.

Robert Sekuta etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri əhatə etdiyi məmnunluqla qeyd olunub. Bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Səfir Robert Sekutanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər