00:00:00
Yazar
Lalə Qafarova
05.05.2026 19:29 86 1 dəq oxuma
Texnologiya

ROKETSAN-ın SAHA 2026-da 4 Yeni Sistemi

ROKETSAN-ın SAHA 2026-da 4 Yeni Sistemi

 


Türkiyənin aparıcı raket və sursat texnologiyası şirkəti olan ROKETSAN, SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində 4 yeni məhsulunu - NEŞTER, CİRIT Anti-PUA, CİDA və mini kruiz raketini təqdim edib.


ROKETSAN-ın tanıtım tədbirində çıxış edən Milli Müdafiə Naziri Yaşar Gülər, yeni silahlarını ilk dəfə ROKETSAN-da sərgidə nümayiş etdirməkdən məmnun olduqlarını bildirib və əlavə edib: 


"Həmişə olduğu kimi, burada yeni, yüksək effektivli və qənaətcil silahlarımızı görməkdən çox məmnunuq. Ümid edirik ki, bunlardan yalnız çəkindirmə məqsədilə istifadə edəcəyik, amma istifadə etmək lazım gələrsə, heç kim şübhə etməsin ki, biz onlardan tərəddüd etmədən istifadə edəcəyik. İnanırıq ki, biz onlardan ən effektiv şəkildə istifadə edəcəyik".


TRT HABER
Aydan Əsgərxanlı

#roketsan-ın #gündəm #2026-da #sistemi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər