00:00:00
Yazar
Səadət Əlizadə
08.05.2026 18:18 16 1 dəq oxuma
Siyasət

“Rosatom”: Buşehr AES-in tikintisi tədricən bərpa olunur

“Rosatom”: Buşehr AES-in tikintisi tədricən bərpa olunur

Buşehr atom elektrik stansiyasının tikintisinə təxminən 2,2 min işçi geri dönüb, obyektin tikintisi tədricən canlanır.

 

"İnformator.az" xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev İrandakı Buşehr AES-in tikintisi ilə bağlı vəziyyətə aydınlıq gətirərkən deyib.

 

“Tikilməkdə olan 2-ci enerji blokunda əsas işlər armaturun quraşdırılması və beton işlərinə cəmlənib”, - o bildirib.

 

Lixaçev qeyd edib ki, “Rosatom” müəssisələri planlı şəkildə yeni bloklar üçün avadanlıq istehsalını davam etdirir.

 

Qeyd edək ki, müharibənin başlanmasından sonra “Rosatom” Buşehr AES-də çalışan 600-dən çox Rusiya vətəndaşını Ermənistan vasitəsilə Rusiyaya təxliyə edib.

#baki #azərbaycan #buşehr #aes-in #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər