00:00:00
Yazar
Admin User
06.11.2025 18:42 132 2 dəq oxuma
Sosial

“Rəqəmsal asılılıq”-sosial şəbəkələr insan münasibətlərini necə dəyişir?

“Rəqəmsal asılılıq”-sosial şəbəkələr insan münasibətlərini necə dəyişir?

Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Artıq hər kəs üçün informasiya almaq, ünsiyyət qurmaq, fikirlərini bölüşmək, hətta gündəlik fəaliyyətini idarə etmək üçün telefon və internet əsas vasitədir. Lakin bu rahatlığın arxasında görünməyən, lakin ciddi bir problem dayanır-rəqəmsal asılılıq.

 

Bu mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a bildirib ki,rəqəmsal asılılıq-insanın texnologiyadan, xüsusilə də internet və sosial şəbəkələrdən nəzarətsiz və zərərli şəkildə istifadə etməsidir:

 

“Psixologiyada bu anlayış, insanın beyin mükafat sisteminin pozulması, yəni “xoşbəxtlik hissinin” virtual fəaliyyətlərdən asılı hala gəlməsi ilə izah olunur.Rəqəmsal asılılığın digər asılılıqlardan (məsələn, qumar və maddə asılılığından) əsas fərqi yoxdur. Çünki bu halda da insan, “bəyənilmələr”, “like”lar və “baxış sayları” kimi rəqəmsal təsdiqlərdən asılı vəziyyətə düşür. Bəyənilmə və diqqət çoxaldıqda insan özünü xoşbəxt və güvənli hiss edir, azaldıqda isə kefsiz, narazı və əhvalsız olur.Bu vəziyyət insanın emosional vəziyyətini və gündəlik ab-havasını birbaşa sosial şəbəkədəki aktivliyinə bağlayır. Beləcə, insan tədricən real münasibətlərdən uzaqlaşır, sosial ünsiyyəti əsasən virtual məkanda qurur və keçən boş vaxtının fərqinə varmır.Sosial şəbəkələrdən həddən artıq istifadə insan münasibətlərinə ciddi təsir göstərir. Başqalarının həyatını izləmək və öz həyatını onlarla müqayisə etmək nəticəsində özünəinam və həyat məmnuniyyəti azalır. İnsan “niyə onun həyatında var, mənim həyatımda yoxdur?” kimi düşüncələrə qapılaraq mənfi emosiyalar yaşayır.Əvvəllər insanlar bu fərqləri açıq şəkildə görmürdülər, lakin indi sosial şəbəkələr hər kəsin həyatını vizual və əlçatan etdiyindən, başqalarının həyatını “ideal həyat” kimi qavramaq daha asanlaşıb.Bununla yanaşı, sosial şəbəkədə çox vaxt keçirmək real münasibətləri zəiflədir. İnsanlar dostları, ailə üzvləri ilə vaxt keçirmək əvəzinə virtual ünsiyyətə üstünlük verirlər. Bəzən sosial şəbəkədə paylaşılan videolar və “reels”lər üzərindən ünsiyyət real görüş və söhbətlərin yerini tutur. Nəticədə insanlar emosional yaxınlıqdan uzaqlaşır və münasibətlər səthi xarakter alır.Gənclər arasında rəqəmsal asılılıq daha çox TikTok, Instagram və WhatsApp kimi sosial platformalarda özünü göstərir. Gənclər paylaşdıqları şəkil və videolara gələn “like” və baxış sayına əsasən özlərini xoşbəxt hiss edirlər.Onlar həmçinin başqalarının paylaşımlarını izləyərək öz həyatlarını müqayisə edir və fərqliliklər gördükdə narahatlıq və özünə qarşı narazılıq hissi yaşayırlar. Bu narahatlıqdan qaçmaq üçün bəzi gənclər kompüter oyunlarına yönəlir, lakin bu da asılılığın başqa bir formasına çevrilir.Gənclər çox vaxt sosial şəbəkəni daim nəzarətdə saxlamağa çalışır, “birdən nəsə baş verər” qorxusu ilə daim onlayn olurlar. Nəticədə real həyat fəaliyyəti və sosial əlaqələr arxa plana keçir.Əgər insan həyatını sosial şəbəkə ilə balansda saxlamasa, zamanla həyatının əsl dəyərlərini itirə bilər. Sosial şəbəkə vasitə olmalıdır, məqsəd yox”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər