00:00:00
Yazar
Admin User
05.02.2026 16:01 48 2 dəq oxuma
Sosial

Rəqəmsal izlərimizi necə silə bilərik?

Rəqəmsal izlərimizi necə silə bilərik?

Bugünkü rəqəmsal dövrdə hər addımımız internetdə iz buraxır. Sosial media paylaşımları, onlayn alış-veriş, brauzer tarixçəsi və hətta smartfon tətbiqləri- bütün bunlar rəqəmsal izlərimizi yaradır. Ekspertlər bildirir ki, rəqəmsal izlərin idarə olunması şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik baxımından vacibdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT mütəxəssisi Elvin Həsənov bildirib ki, bunu bir az daha sadə dillə izah etmək olar:

 

"Rəqəmsal izlər bizim internetdəki ayaq izlərimizdir. Yəni hansı sayta girdik, nə aldıq, kimə yazdıq, harada şəkil paylaşdıq-bütün bunların hamısı sistemlərdə qalır. Bu məlumatlar təkcə sosial şəbəkələr üçün yox, reklam platformaları, tətbiqlər və serverlər üçün də dəyərlidir. Zamanla bu izlər birləşib sizin haqqınızda kifayət qədər dəqiq profil yaradır. Elə buna görə də, rəqəmsal izləri azaltmaq vacibdir. Çünki nə qədər çox məlumat açıq qalırsa, bir o qədər də fırıldaqçılıq, hesabların sındırılması və ya sosial mühəndislik riski artır. Ancaq rəqəmsal izləri tam silmək demək olar ki, mümkün deyil. Məqsəd burada izi minimuma endirməkdir. Bunun üçün ən sadə addımlar belə çox effektli olur. Belə ki, artıq istifadə edilməyən sosial media və onlayn xidmət hesablarını bağlamaq, köhnə paylaşımları silmək, brauzer tarixçəsini və cookie-ləri vaxtaşırı təmizləmək, telefonda lazımsız tətbiqləri silmək və tətbiqlərə verdiyiniz icazələrə baxmaq lazımdır. Məsələn, sadə bir fənər tətbiqinin sizin kontaktlara və lokasiyaya çıxışı niyə olmalıdır? Bu cür xırda nəzarət böyük fərq yaradır”.

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər