00:00:00
Yazar
Admin User
04.02.2026 17:49 67 2 dəq oxuma
Sosial

Rəqəmsal qorxu sindromu: Hesab oğurlanması qorxusu haradan yaranır?

Rəqəmsal qorxu sindromu: Hesab oğurlanması qorxusu haradan yaranır?

Son illər sosial şəbəkə hesablarının ələ keçirilməsi, şəxsi məlumatların yayılması və onlayn dələduzluq halları insanların rəqəmsal mühitə münasibətini dəyişib. Bir çox istifadəçi artıq real təhlükə ilə yanaşı, daimi narahatlıq və qorxu hissi yaşayır. Bu hal psixoloqlar vasitəsilə “rəqəmsal qorxu sindromu” kimi dəyərləndirilir. Bəs hesab oğurlanması qorxusu nə zaman normal ehtiyatlılıqdan psixoloji problemə çevrilir və bunun qarşısını almaq mümkündürmü?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Elvin Abbasov qeyd edib ki, "Rəqəmsal qorxu sindromu", fərdin onlayn kimliyinin, şəxsi məlumatlarının və ya rəqəmsal aktivlərinin hər an təhlükə altında olduğu düşüncəsi ilə yaranan davamlı narahatlıq halıdır:

 

“Bu anlayış, texnologiyanın həyatımıza dərin inteqrasiyası nəticəsində rəqəmsal mövcudluğumuzun real həyatdakı nüfuzumuz, maliyyə durumumuz və sosial əlaqələrimiz üçün kritik əhəmiyyət kəsb etməsi ilə formalaşır. Hesab oğurlanması qorxusu o zaman normal ehtiyatlılıqdan çıxır ki, şəxs artıq parollarını gündə bir neçə dəfə dəyişir, hər gələn bildirişdən panikaya düşür və rəqəmsal platformalardan istifadə etmək onda həzz deyil, yalnız gərginlik yaradır. Sosial mediada və xəbər lentlərində mütəmadi olaraq rast gəlinən kibercinayət xəbərləri, xüsusilə tanınan şəxslərin və ya yaxın ətrafın hesablarının ələ keçirilməsi hekayələri bu sindromu birbaşa körükləyir. Bu növ xəbərlər "hər kəs hədəf ola bilər" fikrini gücləndirərək insanda kollektiv bir müdafiəsizlik hissi yaradır. İnsanın hər gün daxil olub hesablarını, giriş tarixçələrini və ya aktiv sessiyalarını obsessiv şəkildə yoxlaması artıq psixoloji bir problem, konkret olaraq rəqəmsal mühitdə özünü büruzə verən bir növ "obsessiv-kompulsiv pozuntu" əlaməti hesab olunur. Bu davranış real təhlükəni azaltmaqdan ziyadə, beyindəki qorxu mərkəzini daim aktiv saxlayaraq fərdi emosional tükənməyə aparır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər