Rəşid bəy Topçubaşovun əziz xatirəsinə
Bu gün Azərbaycan tarixinin səssiz qəhrəmanlarından birinin-Rəşid bəy Topçubaşovun doğum günüdür. O, böyük diplomat, hüquqşünas, milli istiqlal yolunun fədakar davamçısı idi. Bəzən elə insanlar olur ki, ömürləri qısa olsa da, millətin yaddaşında əsrlər boyu iz buraxır. Rəşid bəy də o nadir insanlardandır.
O, 1901-ci ilin bu günündə, Tiflisdə ziyalı ailəsində dünyaya göz açıb. Atası-Əlimərdan bəy Topçubaşov, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı nümayəndə heyətinin rəhbəri idi. Rəşid bəy isə atasının yolunu davam etdirərək, hələ gənc yaşlarında milli ideallar uğrunda fəaliyyətə başlayıb.
O, Avropada təhsil alıb, Azərbaycanın səsini beynəlxalq tribunalaradək çatdırmağa çalışıb. Cümhuriyyət süqut etsə də, Rəşid bəyin içindəki azadlıq inancı sönməyib. O, Azərbaycanın bir gün yenidən müstəqil olacağına inanıb. Amma tale ona uzun ömür qismət etməyib-cəmi 26 yaşında, 1927-ci ildə vəfat edib.
Bəzən bir ömür deyil, bir ideya yaşadır insanı. Rəşid bəyin də ruhu o ideyada – azad və müstəqil Azərbaycan arzusunda yaşayır. Onun həyatı bizə bir daha xatırladır ki, millətin dirənişi, gəncliyin inamı və maarifin gücü heç vaxt itmir.
Bu gün, 26 oktyabrda, Rəşid bəyin ad günündə onu yad etmək, həm də bir gəncin inamını, bir millətin oyanışını xatırlamaq deməkdir.
O, yaşayıb-
çünki Azərbaycan ideyası yaşayıb.
Və biz bu gün azad nəfəs alırıqsa,
orada Rəşid bəyin gənc ruhunun da payı var.
Banuçiçək Məmmədova
