Rəsmi Bakı David Babayanın fikirlərini şərh etmir
“İşğalçı rejimin nümayəndələri tərəfindən verilmiş açıqlamalar bizim tərəfimizdən şərh edilmir.”
Bu haqda İnformatora açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O: “Münaqişənin bir tərəfi var bu da Ermənistan Respublikasıdır. Ermənistanın Azərbaycan Respublikasına qarşı törətdiyi bu işğal və təcavüzə görə, beynəlxalq hüquqa əsasən bilavasitə məsuliyyət daşıyır. Ramil Səfərovun kələbəcərli girovlardan biri ilə dəyişdirilməsi təklifi işğalçı rejim tərəfindən verilib və işğalçı rejimin nümayəndələri tərəfindən verilmiş açıqlamalar bizim tərəfimizdən şərh edilmir”- deyib.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin “mətbuat katibi” David Babayan bildirib ki, Qondarma Dağlıq Qarabağ hakimiyyəti kəlbəcərli girovlardan birini Ramil Səfərovla dəyişməyə razıdır.Babayan əlavə edib ki, kəlbəcərli girovların birtərəfli qaydada qaytarılması mümkün deyil: “Fikirləşirəm ki, bu demokratik prinsiplərin kobud şəkildə pozulması demək olardı.”
