00:00:00
Yazar
Admin User
06.02.2015 10:32 364 1 dəq oxuma
Siyasət

Rəsmi Yerevan nəhayət dərk etməlidir ki, Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır

Ermənistan beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməlidir
Rəsmi Yerevan nəhayət dərk etməlidir ki, Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır

Rəsmi Yerevan nəhayət dərk etməlidir ki, Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər. Ermənistan nəhayət ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməlidir. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Xarici İşlər Naziri Eduard Nalbəndyanın şərhlərinə cavab olaraq belə deyib. Mahiyyətsiz, boş və demaqoqiya xarakterli bəyanatlar vermək əvəzinə Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək ən tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır – sitatın sonu.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər