00:00:00
Yazar
Elmira Ağayeva
25.05.2026 15:22 18 2 dəq oxuma
Siyasət

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra İranla nüvə danışıqlarına hazırdır

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra İranla nüvə danışıqlarına hazırdır

 

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazı açıldıqdan sonra Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamağa hazırdır. Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Regionda davam edən gərginlik isə qlobal enerji bazarlarına ciddi təsir göstərir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, bu proseslərdə Rusiya və Çinin roluna ayrıca baxmaq lazımdır:

 

“Rusiyanı artıq prosesdən kənar hesab etmək olar. Çünki Ukraynada bataqlığa o qədər saplanıb ki, artıq qlobal məsələlərin həllində nə sözü, nə də real təsir gücü qalıb. Rusiyanı, o cümlədən Amerika Birləşmiş Ştatları da ciddi tərəfdaş kimi nəzərə almır. Əvvəlki aylarda Donald Trampın Vladimir Putin haqqında tez-tez müsbət fikirlər səsləndirməsinə baxmayaraq, son dövrlərdə bu tendensiya müşahidə olunmur. Bunun səbəbi Trampın artıq Putinin və Rusiyanın faydasız olduğu qənaətinə gəlməsidir. Çinin isə prosesdə hələ də aktiv oyunçu olduğunu bildirib. ABŞ prezidenti Donald Trampın yaxın vaxtlarda Çinə etdiyi səfər bu proseslərə müəyyən təsir göstərib. Çin İranın əsas tərəfdaşlarından biridir və Tehranla sıx əlaqələrə malikdir. Buna baxmayaraq, müsəlman uyğurlara qarşı sərt siyasət yürütməsinə rəğmən, İran üçün vazkeçilməz tərəfdaş olaraq qalır. Çin İranın geri çəkilməsini istəməyəcək, çünki bu,onun strateji maraqlarına ziddir. Pekində anlayırlar ki, Rusiya və İran zəiflədikdən sonra növbə Çinə çata bilər. Bu səbəbdən prosesdə ehtiyatlı və hiyləgər siyasət yürütməyə çalışır. Lakin qarşısında ABŞ kimi güclü bir dövlətin olduğunu da unutmamalıdır”.

 

 Azər Həsrətin sözlərinə görə, region ölkələrinə toxunan siyasi şərhçi bildirib ki, Azərbaycan və Türkiyə üçün İran ətrafında müharibə və gərginliyin artması arzuolunan deyil:

 

“Xüsusilə, nəzərə almaq lazımdır ki, İran əhalisinin böyük bir hissəsi azərbaycanlılardan ibarətdir və bu, birbaşa Azərbaycan üçün risk yaradır. Ona görə bu prosesdə neytral mövqeyini qorumağa çalışır və müharibənin baş verməməsi üçün səylər göstərir. Türkiyə və digər türk dövlətləri də münaqişənin tezliklə bitməsini istəyirlər. Bəzi ərəb və müsəlman ölkələri isə İranın zəiflədilməsində maraqlıdır. Çünki İran gərginlik başlayan kimi birbaşa ABŞ və İsrailə cavab vermək əvəzinə, regiondakı müsəlman ölkələrinə zərbələr endirib. Bu isə həmin ölkələrdə Tehrana qarşı ciddi narazılıq yaradıb. ABŞ-İran münasibətlərində müəyyən yumşalma prosesi gedir. Rəsmi Tehran bunu inkar etsə də, arxa planda danışıqlar davam edir. ABŞ-ın İrana ciddi hərbi və siyasi təzyiq göstərdiyini bildirən Azər Həsrət qeyd edib ki, İran faktiki olaraq çıxılmaz vəziyyətə salınıb”.

 

Mələk Hüseynova

#ABŞ #İran #Rusiya #Çin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər