Ruhumuzdakı yaralar
Həyatınızda heç sizi duyğusal olaraq yaralayacaq bir şəkilde tənqid etdilərmi? Ya da sizi ələ salıb alçaltdılarmı? Bir başqası tərəfindən istədiyiniz bir şeyler qadağan olundumu? Biri sizə heç qışqırdımı, tehqir etdimi, ya da hər hansı bir vəziyyətlə bağlı təhdid aldınızmı? Bir yerə getməyinizi sadəcə özü elə istəyir deyə qadağan etdi və yaxud telefonunuzu sizdən iczəsiz qarışdırdımı? Heç biri sizə vurdumu, ya da itələyib, saçınızı dartışdırıb sizi incitdimi?
İNDİ TƏKRAR DÜŞÜNÜN - HEÇ ŞİDDƏT GÖRDÜNÜZMÜ?
Şiddətin nə olduğunu düşünərkən ağıla nə gəlir? Gözünüzün qarşısında necə bir rəsm canlanır? Gündəlik həyatın axınında qarşılaşdığınız, duyduğunuz və yaşadıqlarınız arasında şiddətlə üzləşdiyinizi necə dərk edirsiniz? Şiddətə, gücə və təzyiqə səbəb olan fərdi və ya kollektiv hərəkətlərin hamısı insanlara fiziki və zehni zərər vurur. Fiziki şiddətə daha yaxından baxmalı olsaq, nələri nümunə göstərə bilərik? İtələmək,yumruq atmaq, təpik atmaq, tüpürmək, üzərinə getmək, saç çəkmək, əsas ehtiyacları məhdudlaşdırmaq, cinsi əlaqəyə məcbur etmək, qısaca bədənə istəksiz və yaralayıcı hər təması nümunə olaraq verə bilərik.
Bir də psixoloji şiddətə baxmalı olsaq; davamlı tənqid, alçaltmaq, bağırmaq, ünsiyyət qurmağına mane olmaq, oxumağına mane olmaq, təhdid etmək, ləqəb qoymaq, sataşmaq, ələ salmaq, sözünü kəsmək və yaxud dinləməmək kimi halları örnək gətirə bilərik.
Gündəlik həyatımızda sevdiklərimiz və çevrəmizlə qurduğumuz hər bir elaqədə şiddətin növlərini görə bilərik. Bu bəzən valideyinlərdə, bəzən romantik münasibətlərdə, bəzən iş həyatında, bəzən yolun ortasında nəqliyyatda rastlaşa biləcəyimiz bir vəziyyətdir. Yaxşı, biz əlaqələrimizdə daha yüksək şiddət vəziyyəti ilə qarşılaşırıqsa, ya da qarşılaşacağıqsa şiddetin ortaya çıxardığı travmalarla necə məşğul ola bilərik?
Fiziki şiddətə məruz qalmış insanlarda qorxu, panik atak, diksinmə, qəzəb, stress kimi hallarla müşahidə edirik. Eyni zamanda yuxu pozuntusu, hirslilik fakturaları kimi simptomları görə bilərik.
Duyğusal şiddətə məruz qalan insanlarda isə özünə qapanma, unutqanlıq, ümidsizlik, etibarsızlıq, güvensizlik, həyat keyfiyyətinin azalması, qərarları qəbul etməkdə çətinlik, özünə dəyər verməmək, özünü təqsirləndirmək, depressiya və buna bənzər hallarla müşahidə edirik.
Hər bir gərginliyin və səviyyənin şiddətinə səbəb ola bilən fiziki və ruhsal (mənəvi) zədələnmələrin çoxsaylı mənfi nümunələrini göstərmək mümkündür.
Bu səbəbdən də həyatın axınında şiddətin harda və necə olduğunu bilmək, zorakılığın qarşısını almaq və ya qarşısını almaq üçün lazım olan yolları bilmək lazımdır.
Şiddətin qarşısının alınması, dayandırılması fiziki və psixoloji xəsarətlərin aradan qaldırılması istər fərdi, istərsə cəmiyyətin sağlamlığı üçün çox vacibdir.
Problemlər, çətinliklər, hirs, aqressiya və s. kimi istinad edilə bilən hallar ortaya çıxdıqda bunun həll yolu zorakılıq (şiddet) olmamalıdır.
Problemini həll etmədə və məsələnin çıxış yolu kimi şiddətdən istifadə etmədə, digərinə qarşı olan empatini itirmək, cəmiyyətin ziyan görməsinə yol açdığı kimi, fərdlərin də mənəvi zədələrə qarşı psixoloji olaraq daha gücsüz olmalarına səbəb olur.
Hirs və qəzəb insanlarda mənfi hisslərin bəlli olmasına imkan verən sağlam bir duyğudur. Qəzəb hiss edildikdə və emosiyalar idarə olunduqda, heç bir şiddət olmadıqda, bastırılmasa yaxşıdır. Çünki bastırılmış mənfi emosiyalar, hissleə, duyğular daha sonra hər hansısa bir psixoloji problrmlərlə üzə çıxa bilər.
Xanım Niftəliyeva
Psixoloq-psixoterapevt
