00:00:00
Yazar
Elmira Ağayeva
26.05.2026 14:43 9 2 dəq oxuma
Siyasət

Rumıniya Prezidenti İlham Əliyevi rəsmi səfərə dəvət edib

Rumıniya Prezidenti İlham Əliyevi rəsmi səfərə dəvət edib

 

Rumıniya Prezidenti Nikuşor Dan Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib və ölkələr arasında strateji tərəfdaşlığın gücləndirilməsini vurğulayıb. O, Azərbaycanı Cənubi Qafqazda etibarlı tərəfdaş adlandırıb, regional sülh səylərini dəstəklədiyini bildirib və İlham Əliyevi Rumıniyaya səfərə dəvət edib.

 

Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, bu dəvət Rumıniya Azərbaycan münasibətlərində sadəcə protokol xarakterli addım kimi yox, strateji tərəfdaşlığın daha praktik mərhələyə keçməsi kimi qiymətləndirilə bilər:

 

“Rumıniyanın Azərbaycanı Cənubi Qafqazda etibarlı tərəfdaş adlandırması göstərir ki, Buxarest Bakı ilə münasibətlərə enerji, nəqliyyat, təhlükəsizlik və regional sabitlik prizmasından baxır. Xüsusilə, Avropanın enerji təhlükəsizliyi, Qara dəniz üzərindən yeni bağlantılar və Orta Dəhlizin əhəmiyyəti fonunda Azərbaycan Rumıniya üçün daha vacib tərəfdaşa çevrilir. Rumıniyanın Cənubi Qafqaza marağı həm də Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Qara dəniz regionunda yaranan yeni təhlükəsizlik reallıqları ilə bağlıdır. Bu yaxınlaşma Qara dəniz Cənubi Qafqaz xəttində yeni geosiyasi körpü yarada bilər. Azərbaycan regionda enerji və nəqliyyat mərkəzi, Rumıniya isə Avropa İttifaqının Qara dənizdəki mühüm dayaqlarından biri kimi çıxış edir. Bu baxımdan Bakı və Buxarest arasında fəallığın artması həm Avropanın enerji marşrutlarının şaxələndirilməsinə, həm də Cənubi Qafqazın Avropa ilə inteqrasiyasına töhfə verə bilər. Eyni zamanda Rumıniyanın Azərbaycanın sülh gündəliyini dəstəkləməsi Bakının regional diplomatiyasına əlavə Avropa dayağı qazandırır”.


Mələk Hüseynova

#Rumıniya #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər