00:00:00
Yazar
Zəri Bayramlı
12.05.2026 20:42 79 2 dəq oxuma
Siyasət

Rusiya-ABŞ ikitərəfli münasibətləri hələ də durğunluq vəziyyətindədir-Peskov

Rusiya-ABŞ ikitərəfli münasibətləri hələ də durğunluq vəziyyətindədir-Peskov

Rusiya-ABŞ ikitərəfli münasibətləri hələ də durğunluq vəziyyətindədir.Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.“Unutmayaq ki, ikitərəfli münasibətlərimizdə heç bir irəliləyiş yoxdur. Onlar hələ də sıfır səviyyəsindədir və hələ də addımlar atılmalıdır, o cümlədən Amerika tərəfdən”, - Peskov bildirib.

 

 

Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya və ABŞ arasında münasibətlərin pisləşməsi həm regional, həm də qlobal baxımdan  dünya siyasətinə mənfi təsir göstərir:

"Bu xüsusilə, Rusiya-Ukrayna müharibəsində, həmçinin ABŞ-İsrail-İran müharibəsində öz nüfuzunu göstərir. Son günlər Rusiyanın İrana Xəzər dənizi vasitəsilə hərbi texnika danışığına dair xəbərlər yayılır.  Rusiya və ABŞ arasında gərginlik yaradan digər istiqamət isə Cənubi Qafqazdır.  Ermənistanın Rusiyadan qopması, Rusiyanın Ermənistana təzyiq etməsi, eləcə də Moldovanın qərbə inteqrasiya cəhdləri, Rusiyanın Moldovanın ərazi bütövlüyünü pozması, Uzaq Şərqdə Şimali Koreyanın Rusiyanı müdafiə etməsi ABŞ-nin maraqlarına ziddir.  Dünyanın müxtəlif bölgələrində Rusiya ilə ABŞ arasında ziddiyyətlər mövcuddur və bu ziddiyyətlər dünya siyasətinə mənfi təsirini göstərir. Bu gərginlik ABŞ-nin lider olduğu NATO-da özünü göstərir. Vaxtilə NATO ilə ABŞ arasında NATO Rusiya əməkdaşlıq şurası  mövcud idi. Rusiyanın Ukraynaya qarşı təzyiqləri, təcavüzü bu şuranın öz fəaliyyətini dondurması ilə nəticələndi. Hazırda NATO üçün əsas təhlükəsizlik mənbəyi Rusiya sayılır. Ona görə NATO Rusiya ilə qonşu olan üzv ölkələri, eyni zamanda alyansa üzv olmaq istəyən Ukraynanı müdafiə edir və bu Rusiya ilə NATO arasındakı gərginliyin davam etməsinin göstəricisidir. ABŞ ilə Rusiya arasında diplomatik münasibətlər  Rusiyanı Ukrayna müharibəsindən sonra gərginləşmiş, sonra isə tərəflər diplomatlarını ölkədən çıxarıb. Ötən il İstanbulda tərəflər arasında diplomatik münasibətlər istiqamətində danışıqlar aparılıb. Bu danışıqların aparılması çox güman ki, Donald Trampın yenidən prezident seçilməsindən sonra faydası olacaq, amma hələki faydası yoxdur".

Günel Əlili

#rusiya-abş #durğunluq #münasibətləri #vəziyyətindədir-peskov
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər