00:00:00
Yazar
Zəri Bayramlı
20.10.2026 22:49 39 2 dəq oxuma
Siyasət

Rusiya ABŞ ilə dialoqu bərpa etmək istəyir

Rusiya ABŞ ilə dialoqu bərpa etmək istəyir

Rəsmi Moskva ABŞ ilə strateji sabitlik danışıqlarını bərpa etməyin zəruri olduğunu hesab edir. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. O, Rusiyanın Vaşinqtonla strateji sabitlikıə bağlı danışıqları bərpa etməyin çətin olacağını gözlədiyini söyləyib."Biz bunun vacib olduğunu hesab edirir. Amerikalılarla məhz biz danışmalıyıq", Kremlin sözçüsü vurğulayıb.

 

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq  Sədrəddin Soltan bildirib ki, bu proses Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək:

 

 

 

“Müharibədən sonra iki ölkə arasında diplomatik münasibətlərdə müəyyən məhdudiyyətlər yaranıb.  Azərbaycanın Rusiyadakı diplomatik fəaliyyəti müvəqqəti işlər vəkili səviyyəsində davam edir, Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı məhdudiyyətlər tətbiq olunub və bəzi əməkdaşlıq istiqamətlərində fəaliyyət dayandırılıb. Əgər Rusiya-Ukrayna müharibəsi başa çatarsa, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin normallaşması və diplomatik missiyaların fəaliyyətinin əvvəlki səviyyəyə qayıtması üçün imkanlar yarana bilər. İranla bağlı məsələlərdə Rusiya Azərbaycanın və bütövlükdə regionun maraqlarını nəzərə alarsa, Yaxın Şərqdə sülhün və sabitliyin təmin olunmasına töhfə verə bilər. Rusiya ilə Azərbaycan arasında beynəlxalq məsələlərin müzakirəsi və problemlərin həlli ilə bağlı ortaq mövqeyə gəlinməsi regional və beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyətli ola bilər”.

 

Müsahibin sözlərinə görə, Rusiya Yaxın Şərqdə, xüsusilə, İranla bağlı məsələlərdə də müəyyən vasitəçilik rolunu oynaya bilər:

 

 

“Rusiya Ukraynaya qarşı müharibə aparan və onun ərazilərini işğal edən dövlətdir. Sülh danışıqlarının aparılması, münasibətlərin normallaşdırılması və atəşkəsə nail olunması üçün Rusiyanın mövqeyi əsas amillərdən biridir.Rusiya Yaxın Şərqdə, xüsusilə də İranla bağlı məsələlərdə müəyyən vasitəçilik rolunu oynaya bilər. Çünki İran hakimiyyətini dəstəkləyən əsas qüvvələrdən biri də Rusiyadır. Bununla belə, Rusiyanın bu məsələlərdəki mövqeyi onun öz maraqlarından, eləcə də regiondakı geosiyasi vəziyyətdən asılıdır. Rusiya ilə digər dövlətlər arasında diplomatik münasibətlər məhdudlaşdırılsa belə, qlobal təhlükəsizlik, silahlanma və münaqişələrin həlli kimi məsələlərdə danışıqların aparılması vacibdir. Rusiya bütün problemlərin həllində əsas tərəf olmasa da, müəyyən məsələlərə təsir göstərmək imkanına malikdir”.

 

Fidan Alışova

#etmək #dialoqu #abş #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər