Rusiya–Aİ təmasları Brüsselin anti-Rusiya kursunu yenidən nəzərdən keçirməsindən asılıdır-XİN
Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib ki, Rusiya ilə Avropa İttifaqı arasında təmasların perspektivi Brüsselin anti-Rusiya xarici siyasət kursunu yenidən nəzərdən keçirməyə hazır olub-olmamasından asılıdır. Onun sözlərinə görə, Moskva Avropa ilə dialoqu heç vaxt rədd etməyib və fikir ayrılıqlarının diplomatik yollarla həllində maraqlı olub.
Maslennikov qeyd edib ki, hazırda Aİ-nin Rusiya ilə mənalı dialoqu bərpa etməyə real hazır olduğunu demək çətindir. O vurğulayıb ki, Brüsseldə hələlik yalnız mümkün danışıqlar aparacaq nümayəndə ilə bağlı daxili müzakirələr gedir və ümumiyyətlə, Aİ-nin Moskva ilə hansı mövzularda danışıqlar aparmaq niyyətində olduğu da aydın deyil.
Tass
Mələk Hüseynova