00:00:00
Yazar
Admin User
01.02.2026 19:42 62 1 dəq oxuma
Siyasət

Rusiya atəşkəsə əməl etmir, hücumları davam etdirir

Rusiya atəşkəsə əməl etmir, hücumları davam etdirir

"Həftəlik atəşkəsə" baxmayaraq, Rusiyanın Ukraynaya hücumları davam edir. Gecə ərzində PUA zərbələri mülki vətəndaşları öldürüb və kritik infrastruktura zərər verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə AB-nin Ukraynadakı səfiri Katarina Maternovanın bəyanatında deyilib.

 

AB səfiri atəşkəsin olmadığını və Rusiyanın razılaşmalara əməl etmədiyini vurğulayıb.

 

Onun sözlərinə görə, gecə saatlarında Rusiya 90 ədəd PUA ilə Ukraynaya hücum edib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kiyevdə kəskin soyuqlar səbəbindən rusiyalı həmkarı Vladimir Putindən bir həftəlik hücumları dayandırmağı xahiş edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər