Rusiya: “Avropa ölkələri Ukrayna münaqişəsi üzrə sülh danışıqlarını pozmağa çalışır”
Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Rodion Miroşnik Avropa ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqlarını pozmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Aİ ölkələri bir tərəfdən danışıqlardan danışır, digər tərəfdən isə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir, Ukraynaya maliyyə və silah dəstəyi göstərirlər. Miroşnik bildirib ki, Avropa İttifaqının addımları sülhə hazır olmadığını göstərir. O əlavə edib ki, Qərbin Ukraynaya dəstəyi dayansa, müharibə də başa çata bilər.
Tass
Ədilə Hüseynzadə